"Çin ABŞ-nin Pekinin nüvə tərksilahı üzrə danışıqlara qoşulması ilə bağlı tələbini ədalətsiz, əsassız və qeyri-real hesab edir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
"Hazırkı mərhələdə ABŞ-nin Çindən nüvə tərksilahı ilə bağlı sözdə danışıqlarda iştirak etməsini tələb etməsi ədalətsiz, əsassız və qeyri-realdır", o bildirib.
Qeyd edək ki, Çin XİN-in nümayəndəsi ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun Moskva və Pekinlə nüvə silahı arsenalının azaldılması məsələsini müzakirə etdiyinə dair açıqlamasını şərh edərkən bu fikirləri səsləndirib.