Əsas məzmuna keç

Çin nüvə danışıqları tələbini rədd etdi: "Bu, ədalətsizdir"

Çin nüvə danışıqları tələbini rədd etdi: "Bu, ədalətsizdir"

Pekin Moskva və Vaşinqton arasındakı nüvə silahsızlanması dialoquna qoşulmaqdan imtina etdi. Mao Ninq Marko Rubionun təklifinə sərt cavab verdi. Bəs səbəb nədir?

en ru

"Pekinin Moskva-Vaşinqton silahsızlanması dialoquna qoşulması tələbi əsassızdır və yerinə yetirilə bilməz".

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

"Çinin Çin, və arasında üçtərəfli nüvə silahsızlaşdırma danışıqlarında iştirak etməsi tələbi hazırda əsassız, ədalətsizdir və yerinə yetirilə bilməz", - o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Marko Rubio Çinin silahlara nəzarət sazişinə qoşulmalı olduğunu bildirmişdi.

Qeyd edək ki, ABŞ və Rusiya arasında Strateji Silahların Azaldılması Müqaviləsi 5 fevral 2026-cı ildə başa çatıb. Bu sənəd dünyanın iki ən böyük nüvə dövlətinin arsenalını tənzimləyir və beynəlxalq sabitliyi təmin edən əsas müqavilələrdən biri idi. ABŞ və Rusiya müqaviləni 2010-cu ildə imzalayıblar. 2021-ci ildə müqavilə daha beş il, 2026-cı ilə qədər uzadılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…