Əsas məzmuna keç

Tramp İrana planlaşdırdığı hücumu ləğv etdiyini açıqlayıb

Tramp İrana planlaşdırdığı hücumu ləğv etdiyini açıqlayıb

ABŞ lideri Yaxın Şərqdə gərginliyi azaltmaq üçün hansı şərtləri irəli sürdü? Hörmüz boğazı və nüvə proqramı ilə bağlı İsrailin də dəstəklədiyi yeni qərar.

en ru

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti İrana planlaşdırdığı hücumu ləğv etdiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə o, “Truth” hesabında yazıb.

Donald Tramp bildirib ki, ABŞ ən güclü səviyyədə İrana qarşı hücuma hazır vəziyyətdədir. “Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri razılaşma olduğu üçün bizdən hücumu dayandırmağımızı istədilər. Buraya boğazının dərhal və tam açılması, həmçinin İranın təhdidinə son qoyulması daxildir. Dünyanın gələcəyinin xeyrinə və eyni zamanda, uğurlu və çiçəklənən İran üçün tez bir zamanda razılaşma əldə etmək şərti ilə hücumu ləğv etməyə razı oldum. İsrail də bu öhdəliyə qoşulur”,- deyə ABŞ Prezidenti əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…