Əsas məzmuna keç

Tramp: İrandakı nüvə materiallarının çıxarılması çətin proses olacaq

Tramp: İrandakı nüvə materiallarının çıxarılması çətin proses olacaq

ABŞ Prezidenti Donald Tramp İrandakı nüvə obyektlərinə edilən hücumun nəticələrini dəyərləndirib.

en ru

ABŞ Prezidenti hesabında etdiyi paylaşımda 2025-ci ilin iyun ayında İrandakı obyektlərinə qarşı həyata keçirilən hücum barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, hədəflərin tamamilə məhv edildiyini iddia edib.

qeyd edib ki, yüksək dərəcədə zənginləşdirilmiş uranın bu obyektlərdən təmizlənməsi xeyli vaxt aparacaq:

"Gecəyarısı Çəkici" əməliyyatı İranın nüvə obyektlərinin tamamilə məhv edilməsi ilə nəticələndi. Lakin nüvə materiallarının oradan çıxarılması uzun və çətin bir olacaq".

Bundan əlavə, o, "CNN" və digər media qurumlarını tənqid edərək, onların əməliyyatda iştirak edən şəxsi heyətin əməyini lazımi səviyyədə qiymətləndirmədiyini bildirib.

Tramp bu hücumları böyük uğur adlandırsa da, mediaya sızan ilkin zərər qiymətləndirmə hesabatlarında hücumların İranın nüvə proqramını tam məhv etmədiyi, sadəcə bir neçə ay geriyə atdığı iddia olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…