İsrailin müdafiə naziri İsrael Katz İranın İsrailin yüksək vəzifəli rəsmilərinə, o cümlədən Baş nazir Benyamin Netanyahuya qarşı sui-qəsd planları hazırladığını iddia edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrael Katz "Kanal 14" televiziyasına müsahibəsində danışıb.
Bildirilib ki, nazirin sözlərinə görə, İsrailin daxili kəşfiyyat xidməti "Şin-Bet" (Şabak) bu cür cəhdlərin qarşısının alınmasında mühüm rol oynayır. İsrail mətbuatı isə Netanyahunun İran tərəfindən yarana biləcək təhlükəsizlik riskləri səbəbindən ABŞ-yə səfəri zamanı ölkəni ciddi təhlükəsizlik tədbirləri altında tərk etdiyini yazıb.
Qeyd olunub ki, Katz İsrailin İranın enerji infrastrukturuna zərbə endirmək istədiyini, lakin ABŞ-nin buna qarşı çıxdığını iddia edib. Onun sözlərinə görə, Vaşinqton İranın qonşu ölkələrə cavab zərbələri endirə biləcəyi və bunun qlobal neft bazarında böhrana səbəb ola biləcəyi ehtimalından narahatdır.
Bildirilib ki, İsrailin müdafiə naziri son iki il ərzində İrana qarşı 35 mindən çox raket və bomba zərbəsi endirdiklərini iddia edərək, ABŞ-dən asılı olmayaraq hərbi əməliyyatları davam etdirməyə hazır olduqlarını bildirib.