Əsas məzmuna keç

İsrail Qəzza sakinlərinin köçürülməsinə hazır olduğunu açıqladı

İsrail Qəzza sakinlərinin köçürülməsinə hazır olduğunu açıqladı

İsrailin müdafiə naziri İsrael Kats Qəzzə zolağında miqrasiya olmadan real həll yolunun olmadığını bildirib və ABŞ-ın dəstəyini gözlədiklərini qeyd edib.

en ru

İsrailin İsrael Katz ABŞ-nin razılıq verəcəyi təqdirdə sakinlərinin ərazidən köçürülməsi prosesinə başlamağa hazır olduqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzetinin təşkil etdiyi konfransda İsrael Katz açıqlama verib.

Nazir Qəzza böhranının həlli üçün miqrasiyanın yeganə çıxış yolu olduğunu iddia edib. O, İsrail tərəfindən aparılan sorğulara istinad edərək, Qəzzə sakinlərinin 80 faizinin bölgəni tərk etmək istədiyini bildirib.

Katz digər ölkələrin fələstinliləri qəbul etmək istəməməsinin bu planın qarşısındakı əsas maneə olduğunu vurğulayıb.

İsrail rəsmisi ABŞ Prezidenti Trampın daha əvvəl Qəzza sakinlərinin köçürülməsi ilə bağlı təklif irəli sürdüyünü xatırladıb və digər ölkələri fələstinliləri qəbul etməyə çağırıb.

Xatırladaq ki, Donald 2025-ci ilin fevralında Qəzzanın 2,3 milyonluq əhalisinin köçürülməsi və ərazinin dəbdəbəli kurort zonasına çevrilməsi ideyasını irəli sürmüşdü.

Lakin Misir və İordaniya fələstinlilərin öz ərazilərinə köçürülməsi təklifini rədd edib. isə fələstinlilər tərəfindən idarə olunan müstəqil Fələstin dövlətinin yaradılması mövqeyinin dəyişməz olduğunu açıqlayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Turk insanların məcburi köçürülməsi və ya deportasiyasının beynəlxalq hüquqa əsasən qadağan edildiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…