Əsas məzmuna keç

İsrailin atəşi nəticəsində Livanda 6 nəfər ölüb

İsrailin atəşi nəticəsində Livanda 6 nəfər ölüb

İsrailin Livanın cənubunda yerləşən Ərəb Səlim qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 6 nəfər həlak olub. Bu barədə Respublika Səhiyyə...

İsrailin Livanın cənubunda yerləşən qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 6 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublika "X" səhifəsində məlumat yayıb

İdarənin məlumatına görə, yerli mülki müdafiə xidmət mərkəzinə hücum edilib. Ölənlər arasında dörd xilasedici də var.

Səhiyyə Nazirliyinin məlumatına görə, Livanda son 24 saat ərzində hərbi əməliyyatlar nəticəsində 21 nəfər ölüb, 73 nəfər yaralanıb.

Respublikada 2023-cü ilin oktyabr ayından vəziyyətin gərginləşməsinin qurbanlarının sayı 3386 nəfərə yüksəlib, 14417 nəfər xəsarət alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…