Əsas məzmuna keç

İspaniyada qatar qəzasının səbəbi: indiyədək məlum olanlar

İspaniyada qatar qəzasının səbəbi: indiyədək məlum olanlar

Toledo vilayətində iki sürətli qatarın toqquşması nəticəsində azı 68 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Rəsmilər qəzanın kompüter sistemindəki nasazlıq və insan səhvi ilə bağlı olduğunu bildiriblər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İspaniyada iki sürətli qatarın toqquşması nəticəsində azı 68 nəfər həyatını itirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Rəsmilər faciənin həm texniki sistemdəki nasazlıq, həm də insan səhvi ucbatından baş verdiyini açıqlayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qəza Toledo vilayətinin Urda qəsəbəsi yaxınlığında, Madrid–Sevilya sürətli dəmir yolu xəttində qeydə alınıb.İspaniyanın milli dəmir yolu şirkəti “Renfe”yə məxsus qatar LZB təhlükəsizlik sistemində yaranan problemə görə relsdə hərəkətsiz qalan “Iryo” özəl şirkətinin qatarına arxadan çırpılıb.

Bu, yanvar ayında Kordobada 40-dan çox insanın ölümünə səbəb olan faciədən və Barselonada maşinistin ölümü ilə nəticələnən qəzadan sonra İspaniyada il ərzində baş verən üçüncü böyük dəmir yolu qəzasıdır. Hadisə yerinə gələn İspaniyanın Baş naziri Pedro Sançes ölkədə matəm elan olunduğunu və həlak olanların ailələrinə başsağlığı verdiyini bildirib.

İspaniyanın naziri Oskar Puente bildirib ki, kompüter sistemindəki problem 63 kilometrlik məsafədə təhlükəsizlik sistemini sıradan çıxararaq bütün qatarların avtomatik dayanmasına səbəb olub. Bundan sonra dəmir yollarını idarə edən ADIF dövlət şirkətinin dispetçeri idarəetməni əllə həyata keçirməyə başlayıb. Nəzarətçi qırmızı işıq siqnalına baxmayaraq “Renfe” qatarına sürət məhdudiyyəti qoymadan hərəkəti davam etdirmək əmri verib.

Nəticədə saatda 200 kilometr sürətlə hərəkət edən qatar xəttdə dayanan digər qatara çırpılıb. Nazir bu qərarın izaholunmaz olduğunu vurğulayaraq hərtərəfli araşdırma aparılacağını bildirib.Səhlənkarlığa yol verən şəxslərin qanun qarşısında cavab verəcəyi qeyd olunub.

Sərnişinlərin sözlərinə görə, zərbə nəticəsində vaqonların içərisində xaos yaşanıb, bəzi vaqonlar relsdən çıxaraq yan üstə aşıb, bir vaqonda isə yanğın baş verib.Ölənlərdən 24-nün "Renfe", 44-nün isə "Iryo" qatarında olduğu açıqlanıb.

Hadisə yerinə 500-dən çox fövqəladə xidmət əməkdaşı, 3 helikopter və dronlar cəlb edilib.Urda qəsəbəsinin idman zalı yaralılar üçün müvəqqəti tibbi məntəqəyə çevrilib, yerli hökumət əhalini təcili qan verməyə çağırıb.

Qeyd edək ki, "Eurostat"ın son statistikasına əsasən, Avropa İttifaqında dəmir yolu təhlükəsizliyinə görə ən yaxşı göstəricilərdən birinə malik olsa da, bir il ərzində ard-arda baş verən ağır qəzalar ölkədə infrastructure və idarəetmə sistemləri ilə bağlı ciddi narahatlıqlar doğurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…