Əsas məzmuna keç

İranın rəhbərliyi Müctəba Xameneiyə tabe olduqlarını bəyan ediblər

İranın rəhbərliyi Müctəba Xameneiyə tabe olduqlarını bəyan ediblər

İranın mülki və hərbi rəsmiləri Müctəba Xameneiyə sadiqlik andı içib, ölkədə yeni dövrün başladığını bəyan ediblər.

en ru

İranın mülki və hərbi rəhbərliyi ölkənin yeni ali rəhbəri Ayətullah Müctəba Xameneiyə olduqlarını bəyan ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Məsud Pezeşkian bu seçimin İran xalqı üçün "izzət və nüfuz dolu yeni bir dövrün müjdəçisi" olacağını bildirib.

Müctəba Xamenei fevralın 28-də və İsrailin hava hücumları nəticəsində həlak olan atası Ayətullah Seyid Əli Xameneini əvəz edib.

Prezident Administrasiyasının məlumatına görə, Pezeşkian Ekspertlər Şurasının bu qərarını "ağıllı seçim" adlandırıb.

"Sizin rəhbərliyiniz altında İran davamlı müstəqillik, elmi-texnoloji tərəqqi və hərtərəfli inkişafın parlaq üfüqlərinə çatacaq".

naziri Abbas Araqçı isə Seyid Müctəba Xameneinin İranın üçüncü ali rəhbəri seçilməsinin milli birliyi gücləndirəcəyini vurğulayıb.

IRNA agentliyinin məlumatına görə, nazir bu seçimin ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edəcəyini bildirib.

İranın Silahlı Qüvvələri, o cümlədən "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və ordu yeni liderə tam sadiqliklərini ifadə ediblər.

Hərbçilər ali baş komandan qismində Müctəba Xameneiyə "son damla qanlarına qədər" tabe olacaqlarını vurğulayıblar.

Bazar ertəsi paytaxtda yeni liderə beyət mərasiminin keçirilməsi planlaşdırılır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…