Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranın ballistik raketi Türkiyə üzərində zərərsizləşdirildi

1 dəq
Paylaş:
İranın ballistik raketi Türkiyə üzərində zərərsizləşdirildi

"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir sursat Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

"Sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır.

Həmçinin qeyd olunur ki, Türkiyənin bu istiqamətdə etdiyi xəbərdarlıqlara riayət olunması hər kəsin maraqlarına uyğundur", - məlumatda bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax