Əsas məzmuna keç

İranda qum fırtınası səbəbindən məktəblər bağlanıb

İranda qum fırtınası səbəbindən məktəblər bağlanıb

bu barədə İRNA agentliyi məlumat yayıb. Qum fırtınaları və havanın çirklənməsi ölkənin cənub-qərb hissəsindəki bəzi əyalətlərdə həyata mənfi təsir edib....

İranın bəzi əyalətlərində qum fırtınası və havanın çirklənməsi səbəbindən bütün səviyyələrdə dövlət idarələri, banklar və müəssisələri bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Qum fırtınaları və havanın çirklənməsi ölkənin cənub-qərb hissəsindəki bəzi əyalətlərdə həyata mənfi təsir edib.

Havada tozun çox olması və bunun nəticəsində havanın çirklənməsi səbəbindən mərkəzi və atom elektrik stansiyalarının yerləşdiyi Lorestan, Kirmanşah, Kohgiluye-Buyer və Buşehr əyalətlərində bütün səviyyələrdə rəsmi ofislər, banklar və təhsil müəssisələri bağlanıb.

Sözügedən əyalətlərdə təhsilin onlayn davam və təcili yardım xidmətlərinin işlərinə davam edəcəyi açıqlanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…