Əsas məzmuna keç

Məktəbə silahlı hücum: Şübhəlinin anası, atası və babası saxlanılıb

Məktəbə silahlı hücum: Şübhəlinin anası, atası və babası saxlanılıb

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda məktəb binasının yaxınlığında baş verən silahlı hücum zamanı 11 şagird yaralanıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

en ru

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən məktəbin yaxınlığında yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilib.Hadisə nəticəsində 2-sinin vəziyyəti ağır olmaqla ümumilikdə 11 yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri rəsmi bəyanat yayıb.

Nazir bildirib ki, insidentdən dərhal sonra Turgutlu Respublika Baş Prokurorluğunun koordinasiyası ilə iki prokuror araşdırmaya cəlb olunub. Şübhəli şəxs qısa müddətdə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

İstintaq tədbirləri çərçivəsində təkcə hücum edən uşaq deyil, həmçinin onun , atası və hadisədə tətbiq edilən silahın sahibi müəyyənləşdirilən babası da gözaltına alınıb.

Hüquq-mühafizə organları silahın uşağın əlinə necə keçdiyini, saxlanma şəraitini, valideynlərin nəzarət və qayğı öhdəliklərini, eləcə də hadisədən əvvəl akran zorbalığı (həmyaşıd zorakılığı) iddialarını dərindən araşdırır.

Akın Gürlek uşaqların təhlükəsizliyi ilə bağlı heç bir səhlənkarlığın diqqətdən kənarda qalmayacağını və məsul kişilərin qanun qarşısında cavab verəcəyini vurğulayıb. Yaralı şagirdlərin müalicə prosesi aidiyyəti qurumlar tərəfindən diqqətlə izlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…