Əsas məzmuna keç

İranda iğtişaşlar zamanı yüzlərlə məktəb və məscidə ziyan dəyib

İranda iğtişaşlar zamanı yüzlərlə məktəb və məscidə ziyan dəyib

İran parlamentinin məlumatına görə, ölkədə baş verən kütləvi iğtişaşlar nəticəsində təhsil müəssisələri və dövlət əmlakı ciddi zərər görüb.

en ru

İranda baş verən kütləvi iğtişaşlar zamanı ölkənin sosial və dini infrastrukturuna ciddi ziyan dəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran parlamenti bəyanat yayıb.

Hesabata əsasən, iğtişaşlar nəticəsində 250 ümumtəhsil məktəbi, 300 məscid və 90 dini müəssisəsi zədələnib və ya dağıdılıb.

Bundan əlavə, hadisələr zamanı hüquq-mühafizə orqanlarına məxsus 2 200 avtomobilinin sıradan çıxarıldığı qeyd olunur. Hazırda dəymiş ziyanın tam həcmi və bərpa işləri ilə bağlı araşdırmalar davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…