Əsas məzmuna keç

Cevdet Yılmazdan məktəbə hücumla bağlı AÇIQLAMA

Cevdet Yılmazdan məktəbə hücumla bağlı AÇIQLAMA

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda məktəb yaxınlığında atəş açılması nəticəsində iki nəfər ağır yaralanıb. Hadisə ilə bağlı hüquqi və inzibati araşdırmalara başlanılıb.

en ru

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda yerləşən Niyazi Üzmez liseyinin yaxınlığında silahlı insident baş verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentinin müavini rəsmi hesabında məlumat paylaşıb.

Məlumata görə, hadisə səhər saat 07:59 radələrində qeydə alınıb. Açılan atəş nəticəsində iki nəfər ağır yaralanıb. Zərərçəkənlərə dərhal hadisə yerinə gələn təcili tibbi yardım brifadası tərəfindən müdaxilə olunub və onlar xəstəxanaya çatdırılıblar.

Cevdet Yılmaz hadisəni törətməkdə şübhəli bilinən şəxsin polislər tərəfindən saxlanıldığını və hazırda məhkəmə orqanlarının nəzarətində olduğunu açıqlayıb. Hadisə ilə əlaqədar Manisa valisi, həmçinin Milli Təhsil və Daxili İşlər nazirləri əraziyə yollanıblar. Faktla bağlı genişmiqyaslı hüquqi və inzibati araşdırmalara başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…