Əsas məzmuna keç

Dövlət başçısı Ağdamda xəstəxananın tikintisi ilə tanış olub

Dövlət başçısı Ağdamda xəstəxananın tikintisi ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. Səhiyyə naziri Anar...

en ru

İlham noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi binasının tikintisi ilə tanış olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlət başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verdi.

Bildirildi ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək.

Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…