Əsas məzmuna keç

DYP-dən yağışlı hava şəraiti ilə bağlı xəbərdarlıq

DYP-dən yağışlı hava şəraiti ilə bağlı xəbərdarlıq

Hazırda Bakı ərazisində yağışlı hava şəraiti müşahidə olunur ki, belə hava hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini...

en ru

Hazırda Bakı ərazisində yağışlı müşahidə olunur ki, belə hava hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin yağışlı hava ilə bağlı sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, və çiskin zamanı yol örtüyünün olması, məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.

"Bakı Şəhər DYP İdarəsi bir daha xatırladır ki, belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir" - deyə, məlumatda vurğulanıb.

Qeyd edilib ki, eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır:

"Yağışlı havada yol səthinin sürüşkən olması, eləcə də sürücülərin görmə imkanlarının azalması səbəbindən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçərkən diqqətli olmalı, avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə vasitələrinin tam dayandığından əmin olduqdan sonra yolu keçməlidirlər".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…