Əsas məzmuna keç

Ölkə ərazisində yağıntılı hava müşahidə olunur, dağlıq ərazilərə qar yağıb

Ölkə ərazisində yağıntılı hava müşahidə olunur, dağlıq ərazilərə qar yağıb

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 7-si saat 11:00-a olan məlumatında qeyd olunub...

en ru

Ölkə ərazisində yağıntılı davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 7-si saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, yüksək ərazilərdə qar yağır. Qar örtüyünün hündürlüyü Qrız və Şahdağda 5 sm-dir.

Düşən yağıntının miqdarı Şahbuzda 9, Biləsuvar, Xızıda 7, , Gədəbəydə 6, Tovuzda 4, , Sarıbaş (Qax), Kişçay (Şəki), Qobustan, Quba, Naxçıvan, Kürdəmir, Neftçala, Lerik, Ağstafa, İsmayıllıda 2, Şərur, Sədərək, Daşkəsən, Culfa, Şəmkir, Gəncə, Balakən, Ağsu, Xaçmaz, Qusar, Oğuz, Zaqatala, Şabran, Bərdə, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Lənkəran, Astara, Ağdam, Bakıda və yarımadasında 1 mm-dir.

Kəlbəcər, Laçın, Qubadlıda da arabir yağış yağır.

Noyabrın 6-da Şahdağda şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 20 m/s-dək güclənib.

Ordubad, Daşkəsən, Naftalan, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qusar, Xaltan, Göyçay, Lerik, Şuşada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hava proqnozu

16° Bakıda indiArabir yağış
  1. Bu gün Arabir yağış 18° 14° yağış 67%
  2. Sabah Arabir yağış 15° 11° yağış 82%
  3. Birisi gün Yüngül yağış 11° 8° yağış 89%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…