Əsas məzmuna keç

İran Ukraynadan təzminat tələb etdi

İran Ukraynadan təzminat tələb etdi

İranın xarici işlər naziri Abbas Araqçı Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasla telefon danışığında Ukraynanın Xəzər dənizindəki hücumunu sərt tənqid edib.

ru en

İranın naziri Əraqçi Avropa İttifaqının xarici siyasət və məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla aparıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Fars” agentliyinin yaydığı məlumata görə, tərəflər arasında aparılan müzakirələrin əsas mövzularından biri Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə qarşı həyata keçirdiyi hücum olub.

Bildirilib ki, Abbas Əraqçi Prezidenti Volodimir Zelenskinin hücumla bağlı məsuliyyəti etiraf edən açıqlamalarını xatırladaraq, Kiyevin hadisənin təsadüfi baş verdiyi barədə iddialarını qəbuledilməz adlandırıb.

Nazir qeyd edib ki, bu hücum nəticəsində İran vətəndaşları həlak olub, ticarət gəmisinə isə ciddi ziyan dəyib. Onun sözlərinə görə, İran vətəndaşlarına qarşı törədilən belə hərəkətlər yolverilməzdir.

Məlumata görə, Əraqçi daha əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə də bu məsələni müzakirə edib. Ukrayna tərəfi insidentin qəsdən baş vermədiyini bildirsə də, Tehran bu izahatı qəbul etməyərək Kiyevdən dəymiş ziyanın tam ödənilməsini tələb edib.

Qeyd edək ki, iyulun 25-də baş verən hücum zamanı gəmidə partlayış baş verib. Hadisə nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…