Əsas məzmuna keç

İran həmin gəmilərin siyahısını açıqladı

İran həmin gəmilərin siyahısını açıqladı

Tehranın Hörmüz boğazında qayda pozuntusu edən 77 gəmi ilə bağlı sərt qərarı qlobal enerji daşımalarına təsir edə bilər. Yük sahibləri üçün yeni təhlükə.

ru en

İranın körfəzinə nəzarət üzrə İdarəsi (PGSA) boğazında gəmiçilik qaydalarını pozduğu bildirilən 77 gəminin siyahısını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

İdarənin yaydığı bəyanatda qeyd olunub ki, İranın Hörmüz boğazında müəyyən etdiyi gəmiçilik protokollarını pozan gəmilər boğazdan növbəti keçidlər zamanı müxtəlif məhdudiyyətlərlə üzləşə bilərlər.

Bu məhdudiyyətlərə cərimə, gəminin saxlanılması və təkrar cəhd zamanı müsadirə edilməsi də daxildir.

Tehran Fars körfəzi ərazisində yükdaşıma həyata keçirən bütün yük sahiblərinə gələcək problemlərdən yayınmaq üçün açıqlanan siyahını yoxlamağı tövsiyə edib.

PGSA həmçinin xəbərdarlıq edib ki, siyahıya daxil edilmiş gəmilərlə bortdan-borta yükdaşıma və ya yükün bir gəmidən digərinə köçürülməsi əməliyyatlarında edən digər gəmilər də siyahıya əlavə ediləcək.

Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən və daşımaları baxımından strateji əhəmiyyət daşıyan əsas dəniz marşrutlarından biridir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…