Əsas məzmuna keç

İran Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydalar tətbiq edir

İran Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydalar tətbiq edir

İran Hörmüz boğazından keçmək istəyən gəmilər üçün əvvəlcədən icazə tələb edən yeni mexanizm elan edib.

en ru

İran boğazından gəmilərin keçidi ilə bağlı yeni mexanizmin tətbiq edildiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Press TV" mənbələrə istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, boğazdan keçməyi planlaşdıran bütün gəmilər əvvəlcədən icazə istəməli və keçid şərtlərini özündə əks etdirən elektron poçt bildirişini gözləməlidirlər.

Məktublar yeni yaradılmış İşləri üzrə İdarə tərəfindən rəsmi [email protected] ünvanından göndəriləcək.

Məlumata görə, İran parlamenti hazırda və İsrail ilə əlaqəli gəmilərin keçidinə daimi qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini nəzərdən keçirir.

Sənəddə həmçinin digər gəmilərdən ödəniş alınması da təklif olunur. Hazırda bu cür tədbirlər yalnız müvəqqəti xarakter daşıyır.

Xatırladaq ki, rəsmi Tehran daha əvvəl ABŞ və İsrailin Livanı Pakistandakı danışıqlarda əldə edilmiş atəşkəs razılaşmasına daxil etməyə razılıq verəcəyi təqdirdə açmağa hazır olduğunu bildirmişdi. Lakin sonradan İran rəsmiləri Vaşinqton və Təl-Əvivi razılaşmanın şərtlərini pozmaqda ittiham edərək boğazı yenidən bağlayıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…