Əsas məzmuna keç

İran gəmisi Şri-Lanka sahillərində batdı: 30 nəfər xilas edildi

İran gəmisi Şri-Lanka sahillərində batdı: 30 nəfər xilas edildi

Qalle yaxınlığında batan gəmidəki heyət HDQ tərəfindən təxliyə edilib. Nazir Vicita Herath xəstəxanaya çatdırılan zərərçəkənlərlə bağlı son təfərrüatları açıqladı.

en ru

Şri-Lanka sahillərində insident: İran gəmisi sualtı qayığın hücumuna məruz qalıb, ən azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Sky News" ölkənin hərbi-dəniz donanmasındakı mənbələrə istinadən məlumat yayıb.

Hücum edən sualtı qayığın kimə məxsus olduğu barədə hələlik məlumat yoxdur.

Bu gün səhər saatlarında Şri-Lankanın naziri Vicita Herath hərbçilərin batan gəmidən ən azı 30 nəfəri xilas etdiyini bildirmişdi.

Şri-Lanka hərbçiləri ölkənin ərazi sularında batan İran gəmisindən azı 30 nəfəri uğurla xilas ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Şri-Lankanın xarici işlər naziri Vicita Herath rəsmi bəyanat yayıb.

Daha əvvəl Şri-Lanka bəyan etmişdi ki, ölkənin Hərbi-Dəniz Qüvvələri () gəmidən göndərilən təhlükə siqnalını qəbul etdikdən dərhal sonra xilasetmə əməliyyatına başlayıb.

Nazir əlavə təfərrüatlar açıqlamasa da, müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.

Yerli KİV-in məlumatına əsasən, gəmi ölkənin cənubundakı Qalle sahillərində qəza siqnalı göndərib və zərərçəkənlər artıq xəstəxanaya çatdırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…