İran Hərbi Dəniz Qüvvələri ABŞ-nin "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinə raket zərbəsi endirildiyini iddia edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslam Respublikasının Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü açıqlama verib.
İranın dövlət yayımçısının məlumatına görə, sözçü bildirib ki, "USS Abraham Linkoln" gəmisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri tərəfindən vurulub və nəticədə işlək vəziyyətdə olmayıb.
Məlumata görə, zərbədən sonra ABŞ-yə məxsus təyyarədaşıyan gəmi Fars körfəzini tərk edib. İran tərəfi iddia edir ki, gəmi geri çəkilərək ABŞ istiqamətində hərəkət edib.
Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.