Əsas məzmuna keç

Oman sahillərində tankerə hücum: Mərmi gəmiyə ziyan vurub

Oman sahillərində tankerə hücum: Mərmi gəmiyə ziyan vurub

Oman sahilləri yaxınlığında naməlum mərmi tankerə zərbə endirib. Hadisə nəticəsində xəsarət alan olmayıb və gəmi hərəkətini davam etdirir.

en ru

sahillərində neft tankeri naməlum mərminin hədəfi olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə ilə bağlı məlumatı Böyük Britaniya Hərbi Qüvvələrinin (HDQ) Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) yayıb.

Məlumata görə, insident Oman sahillərindən təxminən 6 dəniz mili (təqribən 11 kilometr) aralıda qeydə alınıb.

Naməlum gəminin burun hissəsinə dəyib.

İlkin araşdırmalar zamanı heyət üzvləri arasında xəsarət alanların olmadığı, həmçinin ətraf mühitə ciddi ziyan vurulmadığı müəyyən edilib.

UKMTO-nun yaydığı rəsmi açıqlamada vurulan tankerin öz marşrutu üzrə hərəkətini davam etdirdiyi və təyinat limanına doğru irəlilədiyi bildirilir.

Xatırladaq ki, cari ilin iyun ayında da Oman körfəzində oxşar hadisə baş vermiş, qüvvələri Qvineya-Bisau bayrağı altında üzən "M/T Jalveer" neft tankerini sıradan çıxarmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…