Əsas məzmuna keç

İran Hörmüz boğazında yeni məhdudlaşdırılmış zona yaradacağını açıqladı

İran Hörmüz boğazında yeni məhdudlaşdırılmış zona yaradacağını açıqladı

Möhsün Rzayi Fars körfəzində ABŞ-yə qarşı sərt tədbirlərin başladığını elan etdi. İranın yeni beynəlxalq dəhliz planı dəniz ticarətində nələri dəyişəcək?

en ru

İranla arasında gərginlik boğazında yeni “məhdudlaşdırılmış zonası” yaradılması planı ilə daha da artıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tehran ABŞ-nin İrana qarşı təxribat, təhdid və hücumlarını dayandırmayacağı təqdirdə Hörmüz boğazının tam şəkildə gəmiçilik üçün açılmayacağını bildirib.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi yeni zonanın ABŞ-nin İran ətrafında tətbiq etdiyi dəniz blokadasının başladığı xəttdən etibarən körfəzinin müəyyən hissələrinə qədər uzanacağını deyib.

O bildirib ki, bu əraziyə daxil olan və Hörmüz boğazından keçmək niyyətində olduğu müəyyən edilən gəmilər İranın sanksiya siyahısına salınacaq.

Rzayi həmçinin Hörmüz boğazından keçid üçün yeni beynəlxalq dəhlizin xəritələrinin hazırlanaraq təsdiqlənəcəyini bildirib.

Onun sözlərinə görə, dəhliz İran və Oman sularından keçəcək və onun idarə olunmasında İran əsas rol oynayacaq.

Möhsün Rzayi ABŞ-yə qarşı həm hərbi, həm də iqtisadi mübarizənin davam etdiriləcəyini bildirib.

O, iqtisadi təzyiqlərə Fars körfəzi boyunca dəniz məhdudlaşdırma zonası yaradılması ilə cavab veriləcəyini və ABŞ hərbi gəmiləri ilə bazalarına qarşı İranın əməliyyat mövqeyinin köklü şəkildə dəyişdiyini deyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…