Əsas məzmuna keç

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Parlamentin plenar iclasında qəbul edilən yeni layihə bir sıra sahələrdə inzibati məsuliyyət tədbirlərini və cərimə qaydalarını əhatə edir.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan çoxsaylı dəyişiklikləri ilk oxunuşda qəbul edib. Layihə parlamentin plenar iclasında müzakirəyə çıxarılaraq təsdiqlənib.

Dəyişikliklərə əsasən, narkoloji xəstələrin işləməsinə qadağa qoyulan sahələrdə onlarla əmək müqaviləsi bağlayan və ya mövcud müqaviləni uzadan vəzifəli şəxsləri 3 000 manat cərimə gözləyir. Həmçinin, həmin sahələrdə tibbi yoxlama arayışı tələb olunmadan işə qəbul həyata keçirən vəzifəli şəxslər 1 000 manat məbləğində cərimələnəcək.

balansının tərtibi ilə bağlı yeni tənzimləmələr də tətbiq edilir. Fermerlər və tədarükçülər kənd təsərrüfatı məhsullarının istehsalı barədə məlumatları ildə bir dəfə, istixana, soyuducu anbar və taxıl elevatorları haqqında məlumatları isə aylıq olaraq növbəti ayın 10-dək müvafiq informasiya sisteminə daxil etməlidirlər. Bu tələbin pozulması fiziki şəxsləri 100 manat, vəzifəli şəxsləri 200 manat, hüquqi şəxsləri isə 500 manat cərimə ilə üz-üzə qoyur.

Bundan əlavə, ərzaq məhsulları ilə bağlı yazılı sorğulara 15 iş günü ərzində cavab verməyən vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 500 manat məbləğində cərimə ediləcək. İnzibati xətanın bir il ərzində təkrar törədilməsi halında cərimələr fiziki şəxslər üçün 200 manat, vəzifəli şəxslər üçün 400 manat, hüquqi şəxslər üçün isə 1 000 manat müəyyən edilib. Qeyd edək ki, xətanı 10 iş günü ərzində aradan qaldıran şəxslər inzibati məsuliyyətdən azad olunacaqlar.

Sənəddə həmçinin aşağıdakı məsələlər öz əksini tapıb:

  • Barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi ilə bağlı yalan və ya təhrif olunmuş məlumat verilməsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 3 000 manat, hüquqi şəxslər 5 000 manat cərimələnəcək.
  • Maliyyə icarəsi fəaliyyəti ilə bağlı hesabatları Mərkəzi Banka təqdim etməyən və ya düzgün təqdim etməyən vəzifəli şəxslər 1 000-1 500 manat, hüquqi şəxslər isə 3 000-5 000 manat məbləğində cərimə ediləcək.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 23.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…