15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Maltada keçirilən UEFA İnkişaf Turnirində növbəti oyununa çıxıb.
Yığma ikinci qarşılaşmasında meydan sahibləri ilə üz-üzə gəlib. Görüş Malta millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisi turnirdə son oyununu oktyabrın 26-da Litva yığmasına qarşı keçirəcək. “Sentinari” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.