Azərbaycanlı müdafiəçi Elvin Yunuszadənin çıxış etdiyi “Boluspor” Türkiyə Birinci Liqasında növbəti məğlubiyyətini alıb. Komanda çempionatın 12-ci turunda doğma meydanda “Vanspor”la qarşılaşıb və rəqibinə 0:3 hesabı ilə uduzub.
Yunuszadə matça ehtiyat oyunçular skamyasında başlayıb. Azərbaycanlı futbolçu meydana yalnız 90-cı dəqiqədə daxil olub. Həmin vaxt “Vanspor” hesabda iki top fərqi ilə öndə idi.
Yunuszadənin oyuna qoşulması qarşılaşmanın gedişinə təsir etməyib və “Boluspor” meydanı məğlub tərk edib.
Bu nəticədən sonra “Boluspor” Türkiyə Birinci Liqasının turnir cədvəlində sonuncu pillədə qalıb. Komandanın hesabında cəmi bir xal var.