Əsas məzmuna keç

Hörmüz böhranı dünyanı şoka salır: 13 milyon barellik kəsir

Hörmüz böhranı dünyanı şoka salır: 13 milyon barellik kəsir

Hörmüz boğazındakı böhran səbəbindən yaranan 13 milyon barellik neft kəsiri qlobal iqtisadiyyatda ciddi fəsadlara və inflyasiyaya yol açır.

en ru

boğazındakı böhran dünya iqtisadiyyatının dəhlizlərindən nə dərəcədə asılı olduğunu bir daha nümayiş etdirdi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Müharibə səbəbindən gündəlik təxminən 21 milyon barel axınının kəsilməsi təkcə enerji bazarlarında deyil, bütün qlobal sistemdə zəncirvari reaksiyaya səbəb olub.

Bazarda yaranan 13 milyon barellik təklif kəsirinin qısa müddətdə necə aradan qaldırılacağı isə hələ də naməlum olaraq qalır.

Qlobal bazarlarda təlatüm yaradan Körfəz bölgəsinin iqtisadi həcmi 3,08 trilyon dollar təşkil edir. 1,24 trilyon dollarlıq milli gəliri ilə bölgənin ən böyük aktoru olduğu halda, Qətər adambaşına düşən 76 min 690 dollar gəlirlə liderlik edir.

Körfəz ölkələri 866 milyard barel ehtiyatla qlobal neft ehtiyatlarının 55,3 faizinə nəzarət edir. Gündəlik ixrac isə qlobal neft ixracının 28,1 faizini təşkil edir.

Müharibənin ilk altı həftəsində qeydə alınan qiymət artımları böhranın miqyasını göstərir:

  • Təyyarə yanacağı: 105%
  • İstilik yağı: 68%
  • Xam neft və ammonyak: 60%
  • Avropa təbii qazı: 58%

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…