Əsas məzmuna keç

Hörmüz boğazının minalardan təmizlənməsi 6 ay çəkə bilər

Hörmüz boğazının minalardan təmizlənməsi 6 ay çəkə bilər

"Pentaqon" rəsmilərinin məlumatına görə, Hörmüz boğazının minalardan tam təmizlənməsi prosesi altı aya qədər uzana bilər.

en ru

"" rəsmiləri ABŞ Nümayəndələr Palatasında keçirilən gizli dinləmələrdə boğazının minalardan təmizlənməsi prosesinin təxminən 6 ay biləcəyini bildiriblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ, İsrail və İran arasındakı münaqişə tam başa çatmadan bu təmizləmə işlərinə başlanması ehtimalı çox aşağıdır. Bu proqnoz həm demokratlar, həm də respublikaçılar tərəfindən ciddi məyusluqla qarşılanıb.

Konqres üzvlərinə təqdim edilən hesabatda aşağıdakı məqamlar vurğulanıb:

  • İran boğaz ətrafında 20-dən çox mina yerləşdirmiş ola bilər.
  • Bəzi minalar "GPS" texnologiyası ilə uzaqdan idarə olunduğu üçün onların aşkarlanması çətinləşir.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı əməliyyatlar aprelin 8-də iki həftəlik atəşkəslə dayandırılıb. Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən danışıqlar isə nəticəsiz yekunlaşıb. ABŞ Prezidenti İranın yeni təkliflər təqdim edəcəyi vaxta qədər atəşkəs rejiminin uzadıldığını, lakin ordunun blokadanı davam etdirəcəyini bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…