Əsas məzmuna keç

Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi postmünaqişə regionlarında tətbiq edilə bilər

Hikmət Hacıyev: Azərbaycanın təcrübəsi postmünaqişə regionlarında tətbiq edilə bilər

Prezidentin köməkçisi postmünaqişə dövründə bərpa və reinteqrasiya modelinin beynəlxalq əhəmiyyətini açıqlayıb. Görəsən, bu unikal təcrübə harada tətbiq ediləcək?

ru en

Azərbaycanın müharibədən sonrakı bərpa və əhalinin qayıdışı ilə bağlı topladığı təcrübə dünyanın münaqişə, eləcə də müharibələrdən zərər çəkmiş digər regionlarında oluna bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Respublikası Prezidentinin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Xankəndidə diplomatik korpusa müraciətində bildirib.

O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərin bərpasına və əhalinin təhlükəsiz qayıdışına mane olmağa davam edir.

H.Hacıyevin sözlərinə görə, ötən gün növbəti mina insidenti baş verib, Xankəndiyə gedən yolda isə dinc sakinin xəsarət alması ilə nəticələnən daha bir bənzər hadisə barədə məlumat daxil olub:

"Bu, bərpa və yenidənqurma üzrə səylərimizə mane olur, lakin bu, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını təmin etmək əzmimizi sarsıda bilməz".

Prezidentin köməkçisi bildirib ki, indiyədək Qarabağa 40 mindən çox keçmiş məcburi köçkün qayıdıb və onların sayı artmaqda davam edəcək. Eyni zamanda 2020-ci ildən bəri 45-dən çox yaşayış məntəqəsi bərpa edilib və yenidən qurulub.

Onun sözlərinə görə, hazırda Qarabağda 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır.

H.Hacıyev bunu Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində topladığı təcrübə adlandırıb.

O əlavə edib ki, bu ilin may ayında Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) bu sahədə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin, eləcə də təcrübə və bilik mübadiləsinin vacibliyini bir daha nümayiş etdirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…