Əsas məzmuna keç

Hərbi Dəniz Qüvvələrində döyüş təlimi

Hərbi Dəniz Qüvvələrində döyüş təlimi

HDQ-nin şəxsi heyəti Xəzər dənizində taktiki tapşırıqları icra edib. Hərbi gəmilərin iştirakı ilə keçirilən irimiqyaslı təlimlərin detalları məlum olub.

ru en

Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər Hərbi Dəniz Qüvvələrində keçirilən atışlı təlimin gedişini izləyiblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

Baş Qərargah rəisinə məruzə edilib ki, təlimə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.

Təlimin planına uyğun olaraq Xəzər dənizinin Azərbaycana məxsus akvatoriyasında şərti düşmənin məhv edilməsi, eləcə də digər qoşun növləri və silahlı birləşmələr ilə birgə fəaliyyətlər üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Təlimin əsas məqsədi döyüş əməliyyatlarının təşkili və qüvvələrin idarə olunması üzrə komandir və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, gəmilərin tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının icrasına hazırlığının yoxlanılmasıdır.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…