Əsas məzmuna keç

MN rəhbərliyi birgə taktiki-xüsusi təlimin gedişatını izləyib

MN rəhbərliyi birgə taktiki-xüsusi təlimin gedişatını izləyib

Bakıda Azərbaycan və Türkiyə hərbçilərinin radioelektron mübarizə manevrləri keçirilib. Zakir Həsənov müasir döyüş üsullarının tətbiqi prosesini yaxından müşahidə etdi.

en ru

Bakıda Ordusu və Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Radioelektron mübarizə bölmələrinin taktiki-xüsusi təlimi” keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mayın 8-də nazirliyin rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyiblər.

general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Bildirilib ki, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək texnologiyaların tədqiqi ilə müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə müasir üsullarını məşq edib, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edərək məqsədlərə nail olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki-xüsusi fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…