Əsas məzmuna keç

HƏMAS ABŞ-nin Qəzzada atəşkəs planının onlara uyğun olduğunu təsdiqləyib

HƏMAS ABŞ-nin Qəzzada atəşkəs planının onlara uyğun olduğunu təsdiqləyib

bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlayıb....

Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyi Vaşinqtonun planının onlara uyğun olduğunu təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, nazirinin müavini Mixail jurnalistlərə açıqlayıb.

“Dünən HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk Türkiyədən mənə zəng edib və o, ABŞ prezidenti Co Baydenin təkliflərinə əsaslanan bu qətnamənin, bu Amerika layihəsinin onlara uyğun olduğunu söylədi”, – nazir müavini deyib.

HƏMAS üçün belə həssas məqamlar arasında Boqdanov İsrailin Qəzza zolağından çıxarılması, tam atəşkəs və girovların fələstinli məhbuslarla dəyişdirilməsi məsələsini qeyd edib.

Bununla yanaşı, Ağ evin Milli Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə təsdiqləyib ki, Vaşinqton administrasiyası HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı təkliflərə reaksiyasını alıb və qiymətləndirir.

“Cavabımızın olması, əlbəttə ki, yararlıdır. Buna heç bir şübhə yoxdur. Biz cavabı səbirsizliklə gözləyirdik”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…