Əsas məzmuna keç

HƏMAS: Sonuncu israilli əsirin cəsədi tapıldı

HƏMAS: Sonuncu israilli əsirin cəsədi tapıldı

"Hamas" hərəkatı Qəzza zolağında qalan sonuncu israilli əsirin cəsədinin tapılması ilə bağlı bəyanat yayaraq, atəşkəs razılaşmasının şərtlərinə sadiq qaldığını bildirib.

ru en

tərəfindən verilən yazılı açıqlamada, oktyabr ayında qüvvəyə minən razılaşmasına və milli öhdəliklərə uyğun olaraq, sonuncu israilli əsirin cəsədinin tapılması üçün ciddi səy göstərildiyi qeyd edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vasitəçilərə təqdim olunan detallı məlumatlar nəticəsində cəsədin yerinin müəyyən edildiyi vurğulanıb.

Təşkilat bəyan edib ki, bununla da Fələstin müqavimət qüvvələri atəşkəs razılaşmasının birinci mərhələsi üzrə üzərlərinə düşən öhdəlikləri tam yerinə yetiriblər.

Bəyanatda həmçinin bu addımdan sonra İsrailin də razılaşmanın bütün maddələrini eksiksiz tətbiq etməli olduğu bildirilib.

Xüsusilə, "Rəfah" sərhəd keçid məntəqəsinin hər iki istiqamətdə açılması tələbi irəli sürülüb.

Xatırladaq ki, İsrail ordusu Qəzzada qalan sonuncu israilli əsir Ran Qvilinin cəsədinin şəhərin şərqində aparılan axtarışlar zamanı tapıldığını təsdiqləyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…