Əsas məzmuna keç

“Google” inhisarçılıqda təqsirli bilinib

“Google” inhisarçılıqda təqsirli bilinib

Amerikanın texnologiya “” 10 həftədir ki, davam edən məhkəmədə inhiçarçılıqda təqsirli bilinib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Vaşqinton məhkəməsi “Google”un, xüsusilə, axtarış mühərriki xidməti və əlaqəli sektorunda inhiçarlıq etdiyinə, rəqiblərini əzmək üçün qanunsuz addımlar atdığını bildirib.

Bu tarixi qərar “Google”un sahibi “Alphabet”ə ağır zərbə hesab olunur.

Ekspertlərin sözlərinə görə, bundan sonra “Alphabet”, hətta, fəaliyyət şəklini dəyişmək məcburiyyətində qala bilər.

“Google” onlayn axtarış bazarının 90 faizinə nəzarət edir. “Alphabet”in nə qədər cərimə olunacağı məhkəmənin növbəti iclasında məlum olacaq. Hakim Amit Meta “Google”un smartfonlarda təsadüfi axtarış mühərikki olması üçün milyardlarla dollar ödədiyini deyib.

“Google” bu imtiyaza görə müxtəlif şirkətlərə, o cümlədən, "Apple", "Samsung" və digərlərinə hər il 10 milyard ödəyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…