Əsas məzmuna keç

"YouTube" reklam bloklayıcı istifadəçiləri üçün şərhləri bağlayır

"YouTube" reklam bloklayıcı istifadəçiləri üçün şərhləri bağlayır

"YouTube" platforması reklam bloklayan proqramlardan istifadə edən şəxslərə qarşı mübarizəni yeni mərhələyə daşıyıb.

en ru

Dünyanın ən böyük video platforması olan "" bloklayıcı genişlənmələrdən istifadə edən istifadəçilərə qarşı məhdudiyyətləri sərtləşdirir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, artıq bu cür proqramlardan istifadə videoların altındakı şərhləri və təsvir bölməsini görə bilmirlər.

İstifadəçilərin qeydlərinə əsasən, reklam bloklayıcı aktiv olduqda video təsviri yoxa çıxır, bölməsində "Şərhlər deaktiv edilib" yazısı görünür, genişlənmə söndürüldükdə isə bütün funksiyalar dərhal bərpa olunur.

Hazırda bu yeniliyin "" tərəfindən qəsdən tətbiq edildiyi, yoxsa bloklayıcı proqramların saytın kod strukturuna təsirindən qaynaqlanan texniki xəta olduğu dəqiq bilinmir.

Lakin ekspertlər bunun reklam gəlirlərini qorumaq üçün atılan növbəti addım ola biləcəyini istisna etmirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…