Əsas məzmuna keç

Gömrük rüsumlarının azaldılması barədə razılığa gəldilər

Gömrük rüsumlarının azaldılması barədə razılığa gəldilər

Donald Tramp və Si Cinpinin sammitindən sonra Pekin və Vaşinqton ticarət atəşkəsini uzadıb. Hansı məhsulların qiyməti ucuzlaşacaq? Təfərrüatlar burada.

en ru

Çin və ABŞ qarşılıqlı ticarətdə ümumi dəyəri təxminən 60 milyard dollar olan məhsullar üzrə rüsumlarının azaldılması barədə razılığa gəlib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

ABŞ-nin nümayəndəsi Ceymison Qrir bildirib ki, ABŞ-Çin Ticarət Şurası çərçivəsində hər iki ölkə 30 milyard dollar dəyərində məhsullar üçün daha əlverişli gömrük şərtləri təklif edib.

Onun sözlərinə görə, bu, ABŞ məhsullarının Çin bazarına çıxış imkanlarının genişlənməsi və Amerika ixracının təxminən 30 faizinə təsir edən dəyişiklik deməkdir.

Qarşılıqlı gömrük rüsumlarının azaldılması və ticarət atəşkəsinin uzadılması ötən həftə Vaşinqtonda ABŞ Prezidenti Tramp və Çin Sədri Si Cinpin arasında keçirilən ikinci sammitin əsas nəticələrindən biri olub.

Ağ Ev tərəfindən yayımlanan siyahılardan birinə əsasən, Çin ABŞ-dən idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına, o cümlədən qarğıdalı, buğda, ət, süd məhsulları, bitki yağları və yemlərə tətbiq olunan rüsumları azaltmağı planlaşdırır. Soya isə siyahıya daxil edilməyib.

Pekin həmçinin ABŞ-dən gətirilən balıq və dəniz məhsulları, taxta və taxta materialları, kosmetika və tibbi avadanlıqlara tətbiq olunan rüsumları azaltmağı planlaşdırır.

Digər siyahıda isə ABŞ-nin Çin mallarına qarşı rüsumları qarşılıqlı şəkildə azaltması nəzərdə tutulur. Buraya qəhvə dəmləyən və toster kimi kiçik məişət texnikası, qab-qacaq, yorğan və yataq dəstləri daxildir.Siyahıya həmçinin oyuncaqlar, fişənglər, süni güllər, yolka işıqları və digər bayram bəzəkləri, eləcə də uşaq oturacaqları daxil edilib.

Çinin Ticarət Nazirliyi sentyabrın 28-də bildirib ki, ABŞ ilə ticarət atəşkəsinin yanvarın 10-dək uzadılması tərəflərə iqtisadi və ticarət məsələlərinin həlli ilə bağlı mövcud razılaşmaları qiymətləndirmək və gələcək addımları müzakirə etmək imkanı verəcək.

Nazirliyin açıqlamasına görə, razılaşmanın ikitərəfli ticarətin sabitləşməsinə, Çin ixracının ABŞ bazarına çıxışı üçün daha əlverişli şərait yaradılmasına, daxili tələbatın ödənilməsinə, həmçinin kənd təsərrüfatı məhsulları, , sənaye və istehlak malları sahələrində ticarət əməkdaşlığının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…