Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çin ABŞ şirkətlərinə qarşı məhdudiyyətlərə baxmayaraq, gömrük rüsumlarını azaltmağa hazırlaşır

3 dəq
Paylaş:
Çin ABŞ şirkətlərinə qarşı məhdudiyyətlərə baxmayaraq, gömrük rüsumlarını azaltmağa hazırlaşır

Rəsmi Pekin 56 Amerika şirkətinə qarşı yeni məhdudiyyətlər etdikdən bir neçə gün sonra Çin tərəfi ABŞ ilə ticarət münasibətlərinə dair yeni açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü He Yadong ölkəsinin Vaşinqtonla qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa və rüsumlarının mərhələli şəkildə azaldılmasına sadiq qaldığını bildirib.

Məlumata görə, yeni yaradılmış ticarət şurası çərçivəsində rüsumların qarşılıqlı azaldılması ilə bağlı müzakirələri davam etdirəcəklər. He Yadong qeyd edib ki, hər iki ölkənin iqtisadi və ticarət qrupları növbəti mərhələdə məsləhətləşmələr aparacaq.

Bildirilib ki, sözügedən ticarət şurası ötən ay Pekində keçirilən “–Xi” sammitinin nəticələrindən biri kimi formalaşdırılıb və əsas məqsədi iqtisadi münasibətlərin idarə olunması üçün daimi dialoq platforması yaratmaqdır.

Çinin ABŞ-dəki səfiri Xie Feng isə ticarət şurası çərçivəsində rüsumsuz mallar üçün nəzərdə tutulan limitin 30 milyard dollardan 300 milyard dollara qədər artırılmasını təklif edib. Bu təşəbbüs Pekinin mexanizmin yalnız formal deyil, real iqtisadi nəticələr verən platformaya çevrilməsində maraqlı olduğunu göstərir.

Bununla belə, Çin tərəfi ABŞ-nin bəzi addımlarından narazılığını da ifadə edib. Pekin ABŞ Müdafiə Nazirliyinin “Alibaba”, “Baidu” və “BYD” kimi iri Çin şirkətlərini qara siyahıya salmasını, eləcə də məcburi əmək iddiaları ilə bağlı yeni rüsum planlarını “zərərli ticarət aktları” kimi qiymətləndirib.

Məlumata əsasən, ABŞ Ticarət Nümayəndəliyi məcburi əmək iddiaları ilə bağlı aparılan araşdırmalar çərçivəsində Çin mallarına 12,5 faiz əlavə rüsum tətbiq edilməsini təklif edib.

Qeyd olunur ki, 2025-ci ilin əvvəlində ticarət gərginliyi pik həddə çataraq ABŞ-də Çin mallarına rüsumların 145 faizə, Çində isə Amerika mallarına 125 faizə yüksəlməsi ilə nəticələnib. 2025-ci ilin oktyabrında əldə edilən müvəqqəti razılaşma ilə bu göstəricilər müvafiq olaraq 30 və 10 faizə endirilsə də, tərəflər arasında gərginlik hələ də tam aradan qalxmayıb.

Ekspertlər hesab edir ki, hazırda əsas problem tərəflər arasında yaranan qeyri-müəyyənlikdir. Çin isə dialoqu davam etdirməklə yanaşı, Vaşinqtonun “ədalətsiz” hesab etdiyi addımlara qarşı cavab tədbirlərini də istisna etmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax