Əsas məzmuna keç

Tramp Kanadaya qarşı 50%-lik rüsum qərarı verdi

Tramp Kanadaya qarşı 50%-lik rüsum qərarı verdi

ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət əlaqələrində ciddi dəyişikliklərə gedəcəyini açıqlayıb. O, 2027-ci ildən etibarən bir sıra məhsullara tətbiq ediləcək gömrük rüsumlarını 50 faizə çatdıracağını bəyan edib.

en ru

ABŞ Prezidenti Kanada ilə ticarət münasibətləri ilə bağlı sərt bəyanatla çıxış edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp hesabında Kanadanın uzun illərdir ABŞ-ni iqtisadi baxımdan “aldatdığını” iddia edib və iki ölkə arasında 60 milyard dollarlıq ticarət kəsirinin qəbuledilməz olduğunu bildirib.

Trampın sözlərinə görə, 1 yanvar 2027-ci ildən etibarən Kanadadan idxal olunan avtomobillər, yük maşınları, ehtiyat hissələri və polad məhsullarına gömrük rüsumları 50 faizə qaldırılacaq.

ABŞ Prezidenti amerikalı istehsalçıları ölkə daxilində istehsalı artırmağa çağıraraq, ABŞ-də istehsal olunan məhsulların sıfır rüsumla satılacağını vurğulayıb.

Tramp həmçinin Kanadanı ticarət sahəsində əməkdaşlıq edilməsi ən çətin ölkələrdən biri adlandırıb. O, ABŞ-nin Kanadaya ehtiyacının olmadığını, əksinə, Kanada iqtisadiyyatının ABŞ-dən ciddi şəkildə asılı olduğunu bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ və Kanada arasında keçirilən ticarət danışıqları nəticəsiz başa çatıb.

Kanadanın ABŞ-nin təklif etdiyi şərtləri “iqtisadi cəhətdən qeyri-mümkün və ədalətsiz” adlandırıb. O, Vaşinqtonun yeni rüsumlarına qarşı Kanada işçilərini, fermerləri və biznes sektorunu qorumaq üçün adekvat tədbirlər görüləcəyini açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…