Əsas məzmuna keç

Si Cinpin 11 ildən sonra ilk dəfə Vaşinqtona getdi

Si Cinpin 11 ildən sonra ilk dəfə Vaşinqtona getdi

Donald Trampın Merilend ştatında qarşıladığı Çin lideri rəsmi səfər çərçivəsində Ağ Evdə aparılacaq danışıqlar və G20 sammiti öncəsi mühüm mesajlar verdi.

en ru

Çin Xalq Respublikasının sədri Si Cinpin həyat yoldaşı ilə birlikdə dövlət səfəri çərçivəsində ABŞ-yə gedib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Onu ABŞ Prezidenti Tramp və həyat yoldaşı Melaniya Tramp ştatında yerləşən Endryus hava bazasında qarşılayıblar.

Qeyd olunub ki, Si Cinpinin 2015-ci ildən bəri Vaşinqtona ilk səfəridir.

Həmçinin bildirilib ki, son 11 ildə ABŞ prezidentinin xarici dövlət liderini Endryus hərbi hava bazasında qarşılaması ilk dəfədir. Bundan əvvəl belə qarşılanma 2015-ci ildə, Barak Obamanın prezidentliyi dövründə Roma Papası Fransiskin ABŞ-yə səfəri zamanı baş tutub.

Si Cinpin səfərlə bağlı açıqlamasında Çin və ABŞ kimi böyük dövlətlərin yeni dövrdə qarşılıqlı münasibətlər üçün düzgün yol tapa biləcəyinə əminliyini ifadə edib:

"Bu il Çin və ABŞ-ın inkişafı üçün həlledici ildir".

O, həmçinin bildirib ki, Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır.

Si Cinpin qeyd edib ki, may ayında Çinə səfəri zamanı Donald Trampla keçirdiyi görüşdə Çin-ABŞ münasibətlərinin strateji sabitlik əsasında qurulması barədə razılığa gəliblər.

"Çin və ABŞ eyni istiqamətdə hərəkət etməli, əməkdaşlığa, mülayim rəqabətə, idarəolunan fikir ayrılıqlarına və sülhə sadiqliyə əsaslanan sabit münasibətləri inkişaf etdirməlidirlər", - Çin vurğulayıb.

Səfər çərçivəsində bir sıra rəsmi tədbirlərin keçirilməsi planlaşdırılır. Bunlar arasında texnologiya sektorunun tanınmış nümayəndələrinin də iştirak edəcəyi dövlət ziyafəti, Ağ Evdə xüsusi hərbi mərasim və ABŞ-nin İstiqlal Bəyannaməsi ilə Konstitusiyasının orijinal nüsxələrinin saxlanıldığı Milli Arxivə səfər də var.

Bu il Donald Tramp və Si Cinpin arasında daha bir görüşün keçirilməsi də gözlənilir. Görüşün noyabr ayında Çində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) və ya dekabrda ABŞ-də keçiriləcək "Böyük İyirmilik" (G20) sammiti çərçivəsində baş tutması ehtimal olunur.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…