Əsas məzmuna keç

Donald Tramp İranla bağlı üç əsas ssenarini açıqladı

Donald Tramp İranla bağlı üç əsas ssenarini açıqladı

ABŞ-ın keçmiş prezidenti İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını iddia edib və ölkəsinin hərbi ehtiyatları ilə bağlı tənqidi fikirlər səsləndirib.

en ru

Prezidenti İranla bağlı Vaşinqtonun qarşısında üç əsas variantın olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “Real America’s Voice” proqramına müsahibəsində danışıb.

Məlumata görə, Tramp İran rəsmilərini çətin danışıq tərəfdaşları kimi xarakterizə edib. O, Tehranın əvvəllər əldə olunmuş razılaşmalardan sonradan imtina etdiyini iddia edib.

bildirib ki, ABŞ İran məsələsində mövcud təzyiq siyasətini davam etdirə, hərbi hücumların miqyasını əhəmiyyətli dərəcədə genişləndirə və ya iqtisadi sanksiyaları daha da sərtləşdirə bilər.

Tramp İran iqtisadiyyatının hazırda ağır vəziyyətdə olduğunu iddia edib. Onun sözlərinə görə, ölkədə inflyasiya 300 faizə çatıb və milli valyuta kəskin şəkildə dəyərdən düşüb.

O, ABŞ-nin İranın maliyyə resurslarına nəzarət etməklə iqtisadi təzyiqi əsas vasitələrdən biri kimi istifadə etdiyini bildirib.

Tramp ABŞ-nin hərbi arsenalına da toxunub. O, hazırda hərbi istehsalın sürətlə davam etdiyini və ciddi silah çatışmazlığının olmadığını bildirib.

Prezident ehtiyatlardakı azalmanı Co Bayden administrasiyasının Ukraynaya göstərdiyi 300 milyard dollarlıq hərbi yardımla əlaqələndirib.

Tramp öz prezidentliyi dövründə fərqli yanaşma tətbiq etdiyini qeyd edərək, ABŞ-nin Avropa İttifaqı ölkələrinə silah və döyüş təyyarələri satdığını, həmin ölkələrin isə bu hərbi texnikanı Ukraynaya göndərdiyini bildirib.

O, həmçinin Barak Obama administrasiyası dövründə ABŞ ordusuna kifayət qədər vəsait ayrılmadığını iddia edib.

Tramp ABŞ-nin hərbi və texnoloji baxımdan Çindən üstün olduğunu vurğulayıb.

Keçmiş prezident ABŞ-də külək turbinlərinin istifadəsini də tənqid edib. O, bu turbinlərin baha başa gəldiyini və bir çoxunun tərəfindən istehsal edildiyini bildirib.

Daxili siyasətə də toxunan Tramp Senatın azlıq lideri Çak Şumerin İsrailə münasibətini tənqid edib və onun mövqeyinin dəyişdiyini iddia edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…