“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes klubun müqaviləni uzatmaqla bağlı təklifini ikinci dəfə rədd edib. Bu barədə The Athletic məlumat yayıb.
Tərəflər arasında danışıqlar yaydan bəri davam edir, lakin hələlik razılıq əldə olunmayıb. 32 yaşlı portuqaliyalının hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Klubun sözləşməni daha bir mövsüm avtomatik uzatmaq imkanı da var.
Fernandes 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, cari mövsüm İngiltərə Premyer Liqasında 9 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.