Braziliya millisi Avstraliya ilə yoldaşlıq oyununda 4:2 hesabı ilə qalib gəlib. Görüşdə qol vuran Rafinhanın matçda zədələnməsindən sonra “Barselona”nın baş məşqçisi Hans-Diter Flik vəziyyətə münasibət bildirib.
Flik milli komandada oynamağın futbolçuların karyerasının vacib hissəsi olduğunu və onların meydana tam güclə çıxdığını deyib. Bununla yanaşı, oyunun Avstraliyada keçirilməsinin məqsədəuyğunluğunu sual altına alıb. Onun sözlərinə görə, Avropada Millətlər Liqasına görə yoldaşlıq görüşləri təşkil etmək çətinləşir, nəticədə futbolçular əlavə yük alırlar.
“Barselona”nın çalışdırıcısı yaranmış vəziyyətə təsir edə bilmədiyini, buna görə də yetirmələrinin oyun vaxtını nəzarətdə saxlamalı olduğunu bildirib. Flik İspaniya millisinin oyunlarını izləməkdən zövq aldığını, komandada futbolçular arasında yaxşı anlaşma olduğunu da vurğulayıb. O, İspaniyanı dünyanın ən yaxşı millisi hesab etdiyini söyləyib.
Marca-nın məlumatına görə, Rafinhanın “Barselona”nın yaxın oyunlarında iştirak etməyəcəyi daha əvvəl bildirilib.