Əsas məzmuna keç

Flik Kristenseni "Barselona"da saxlamaq istəyir

Flik Kristenseni "Barselona"da saxlamaq istəyir

Almaniyalı mütəxəssis danimarkalı müdafiəçinin komandada qalmasını istəsə də, tərəflər arasında müqavilə şərtləri ilə bağlı razılıq yoxdur.

ru en

"" klubunun komandanın müdafiəçisi Andreas Kristensenin çıxışını yüksək qiymətləndirir.

"Operativ Məlumat Mərkəzi-OMM" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, almaniyalı futbolçunun heyətdə qalmasının tərəfdarıdır.

Lakin bu, oyunçunun hər vəchlə komandada saxlanılacağı mənasına gəlmir.

Bir müddət əvvəl danimarkalı müdafiəçi rəhbərliyin təklifini geri çevirib.

Belə ki, "Barselona" ona maaşının azaldılması şərti ilə müqaviləni daha bir il uzatmağı təklif etmişdi. Hazırda tərəflər arasında ortaq məxrəcə gəlinməyib.

Əgər yeni razılaşma əldə olunmasa, Kristensen yay pəncərəsində azad agent kimi klubu tərk edəcək. İddialara görə, İngiltərə, Almaniya və İtaliya klubları onun xidmətində maraqlıdır.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsümdə bütün turnirlər daxil olmaqla 17 matçda meydana çıxıb və 1 qolla yadda qalıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…