Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

FİFA transfer sistemində köklü islahatlara başlayır: Yeni qaydalar 2027-ci ildən qüvvədə olacaq

3 dəq
Paylaş:
FİFA transfer sistemində köklü islahatlara başlayır: Yeni qaydalar 2027-ci ildən qüvvədə olacaq

Futbol Federasiyaları Assosiasiyası (FİFA) qaydalarında genişmiqyaslı dəyişikliklər edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iki il davam edən danışıqlar, o cümlədən "" oyunçular həmkarlar ittifaqı, klublar və liqalarla aparılan müzakirələrdən sonra qəbul edilən yeni tənzimləmələr 1 yanvar 2027-ci il tarixindən etibarən qüvvəyə minəcək.

Yeni islahatların ən diqqətçəkən məqamı müqavilələrdə "sərbəst qalma" (buy-out) bəndinin məcburi olmasıdır. İndiyədək İspaniya futbolunda geniş tətbiq olunan bu təcrübə artıq miqyasında standart halına gələcək. Beləliklə, hər bir futbolçu müqaviləsi müəyyən bir məbləğ qarşılığında müqavilənin vaxtından əvvəl xitam edilməsinə imkan verən şərti özündə ehtiva etməlidir.

FİFA-nın yeni qaydalarına əsasən, futbolçular öz transferlərindən birbaşa maliyyə payı əldə edə biləcəklər. Xüsusilə, illik sabit maaşı 150 min avrodan aşağı olan oyunçulara transfer məbləğinin 5 faizi həcmində ödəniş zəmanəti verilir. Bu paydan tamamilə imtina etmək mümkün olmayacaq; oyunçunun payı transfer məbləğinin və ya onun son mövsümdəki illik əməkhaqqının 2,5 faizindən az ola bilməz.

Bundan əlavə, təşkilat transfer ödənişlərində gecikmələrə qarşı sərt tədbirlər görür. Ödənişlərin gecikdirildiyi təqdirdə illik 8 faiz dərəcəsi ilə cərimə hesablanacaq və yaranan mübahisələr "Futbol Tribunalı" tərəfindən həll ediləcək.

Dəyişikliklər gənc oyunçuları da əhatə edir. Klublara yeniyetmə futbolçularla mövcud 3 illik limit əvəzinə 5 ilə qədər müqavilə bağlamağa icazə veriləcək. Lakin bu uzunmüddətli sazişlər yalnız oyunçunun klub sistemində müəyyən müddət qalması və əməkhaqqı tələblərinə cavab verməsi kimi şərtlər daxilində mümkün olacaq.

FİFA rəsmiləri hesab edir ki, bu yeniliklər transfer bazarında şəffaflığı artıracaq, futbolçuların hüquqlarını qoruyacaq və hüquqi mübahisələrin sayını minimuma endirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax