Əsas məzmuna keç

Əraqçi və Sibiqa Xəzərdəki gəmi hücumunu müzakirə etdi

Əraqçi və Sibiqa Xəzərdəki gəmi hücumunu müzakirə etdi

İran və Ukrayna XİN rəhbərləri arasında gərgin danışıqlar: Xəzərdəki insident və regional təhlükəsizlik məsələləri ilə bağlı detallar xəbərimizdə.

en ru

İranın naziri Abbas Əraqçi ukraynalı həmkarı Andrey Sibiqa ilə görüşüb və Xəzər dənizində İslam Respublikasına aid gəmiyə hücumu müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə A. Əraqçi "Telegram" kanalında məlumat paylaşıb.

"Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Nyu-Yorkda Təşkilatı Baş Assambleyasının yüksək səviyyəli sessiyası çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçi ilə görüşüb", - məlumatda bildirilib.

Qeyd olunub ki, görüşdə tərəflər gərginliklərin idarə olunması üçün diplomatiyanın əhəmiyyətini vurğulayıblar. "İki ölkənin xarici işlər nazirləri həmçinin ölkələr arasında əlaqə kanallarının qorunub saxlanmasını zəruri hesab edərək, münasibətlərin idarə olunması məqsədilə lazımi ikitərəfli addımların atılmasını qabardıblar", - Əraqçi yazıb.

Tərəflər həmçinin Avropa və Yaxın Şərqdəki proseslər barədə fikir mübadiləsi apararaq, münasibətlərdə gərginliyin hər hansı formada artmasının qarşısını almaq məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər:

"Həmçinin aralarındakı ikitərəfli məsələlər, xüsusilə də Xəzər dənizində İran gəmisinə qanunsuz hücum və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…