Əsas məzmuna keç

İran ABŞ ilə təmas qurdu: Şərtlərini Vaşinqtona çatdırdı

İran ABŞ ilə təmas qurdu: Şərtlərini Vaşinqtona çatdırdı

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ nümayəndələri ilə görüşdə Tehranın şərtlərinin çatdırıldığını açıqlayıb. Təmas Qətərin vasitəçiliyi ilə baş tutub.

en ru

Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində ABŞ və İranın yüksək səviyyəli nümayəndə heyətləri arasında Nyu-Yorkda birbaşa diplomatik təmas baş tutub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran dövlət televiziyası və Xarici İşlər Nazirliyinin katibi İsmayıl Bəqai rəsmi bəyanat yayıb.

İran XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, təmaslar Qətər tərəfindən ayrılan vasitəçilərin fəal iştirakı ilə baş tutub. Onun sözlərinə görə, təxminən üç saat davam edən geniş tərkibli görüşün əsas məqsədi Tehranın münaqişənin dayandırılması və Hörmüz boğazının yenidən açılması üçün irəli sürdüyü əsas şərtləri Vaşinqton administrasiyasına çatdırmaq olub.

Məlumata görə, görüşdə İranın Xarici İşlər naziri , ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. İran tərəfi xüsusilə vurğulayıb ki, bu diplomatik görüş ABŞ rəsmilərinin israrlı müraciəti və tələbi nəticəsində təşkil edilib.

İran dəniz nəqliyyatının bərpası və hərbi əməliyyatların dayandırılması üçün Vaşinqton qarşısında aşağıdakı tələbləri irəli sürüb:

  1. Müharibənin bütün regional cəbhələrdə dərhal dayandırılması;

  2. ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasına və hücum xarakterli hərbi addımlara son qoyulması;

  3. İrana qarşı yönəlmiş iqtisadi müharibənin dayandırılması;

  4. Xaricdə dondurulmuş İran aktivlərinin tam azad edilməsi.

ABŞ Prezidenti Nyu-Yorkda jurnalistlərə açıqlamasında amerikalı rəsmilərin İran nümayəndələri ilə keçirdiyi görüşü yüksək qiymətləndirib. Ağ Ev rəhbəri danışıqların “çox yaxşı və məhsuldar” keçdiyini bildirərək, yaxın günlərdə tərəflər arasında növbəti danışıqlar raundunun keçirilə biləcəyini anons edib.

ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff da görüşün konstruktiv keçdiyini və vasitəçilər vasitəsilə diplomatik təmasların davam etdiriləcəyini təsdiqləyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…