Əsas məzmuna keç

İran XİN-dən Lindsi Qremin ölümü ilə bağlı sərt açıqlama

İran XİN-dən Lindsi Qremin ölümü ilə bağlı sərt açıqlama

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai amerikalı senatorun vəfatı ilə bağlı kəskin mövqe bildirib.

en ru

İran Xarici İşlər Nazirliyi senatoru Lindsi Qremin ilə bağlı sərt mövqe nümayiş etdirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında amerikalı senatorun fəaliyyəti ilə bağlı kəskin ifadələr işlədib.

bildirib ki, dünya ictimaiyyəti və azad insanlar Lindsi Qremin ölümünə görə kədərlənməyəcək.

“Dünyanın azad insanları fəlsəfəsi təcavüz, müharibə, hədə-qorxu və regionda soyqırımın dəstəklənməsi üzərində qurulmuş bir şəxs üçün yas tutmayacaq. Bu radikal senatorun ölümü heç bir azad insanı kədərləndirməyəcək”, - deyə İran rəsmisi bildirib.

Qeyd edək ki, Lindsi Qremin ofisi daha əvvəl senatorun qısa sürən xəstəlikdən sonra 71 yaşında vəfat etdiyini açıqlamışdı.

Respublikaçı siyasətçi ABŞ Senatında ən nüfuzlu simalardan biri hesab olunurdu. O, xüsusilə xarici siyasət və milli təhlükəsizlik məsələlərində sərt mövqeyi ilə tanınırdı.

əleyhinə sanksiyaların gücləndirilməsini dəstəkləyir, İran və Çinə qarşı sərt siyasətin tərəfdarı kimi çıxış edirdi. O, həmçinin İsrailə geniş dəstək verilməsi ilə bağlı mövqeyi ilə də tanınırdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…