Əsas məzmuna keç

İran fransalı diplomatlara qadağa qoydu

İran fransalı diplomatlara qadağa qoydu

İsmayıl Bəqai Fransa səfirliyinin əməkdaşlarını Vyana Konvensiyasını pozmaqda günahlandırdı. Rəsmi Tehranın bu qərarı diplomatik gərginliyi daha da artırıb.

en ru

İran ötən ay diplomatik mübahisənin mərkəzində yer alan Fransa səfirliyinin iki əməkdaşının ölkəyə qayıtmasını qadağan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl bildirib.

Onun sözlərinə görə, həmin əməkdaşlar İran vətəndaş cəmiyyətinə dəstək fəaliyyəti ilə məşğul olaraq Diplomatik əlaqələr haqqında Konvensiyasını pozublar.

"Bu şəxslərin vətəndaş cəmiyyətinin dəstəklənməsi ilə bağlı fəaliyyətlə məşğul olması iddiasının özü Vyana Konvensiyasının pozulmasının etirafıdır", - Bəqai həftəlik mətbuat konfransında bildirib.

Qeyd edək ki, iyul ayında İran Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşündən sonra saxlamışdı.

Fransanın naziri Jan-Noel Barro ötən ay "France Inter"ə müsahibəsində bildirib ki, səfirliyin iki əməkdaşının vəzifəsi İran vətəndaş cəmiyyətinə, tələbələrə və incəsənət xadimlərinə dəstək proqramları hazırlamaq olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…