"Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya tərəfinin baş danışıqçısı əvvəlki kimi Vladimir Medinski olaraq qalır.
Peskov bu barədə Rusiya Prezidentinin daha əvvəl verdiyi bəyanatı xatırladıb.
Kremlin sözçüsü həmçinin üçtərəfli danışıqların noyabrın 10-11-də keçiriləcəyini təsdiqləyib.
Sözügedən tarixlər barədə daha əvvəl ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff da məlumat vermişdi.
Qeyd edək ki, danışıqlarda Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı gözlənilir.